“Artıq gündəliklər yoxa çıxmışdı. Yox, yoxa çıxmamışdı, əvəz olunmuşdu. İnstagram postları, “story”lər, “reels”lər gündəliklərin yerini almışdı. Göz yaşı, sevgi, itki, qəzəb, sevinc, hamısı on beş saniyəlik video formatına salınmışdı. Hətta hisslər belə hazır montajla, musiqi ilə, filtrlə təqdim olunurdu.”









