“Soyuq baxışlar kimi Fikirlərim yarım-yarım, xəyallarım dağım-dağım, Kədər hücum çəkir mənə qoşun kimi tağım-tağım, Bu vaxtacan tufanlı qar, yağış görüb könül dağım, Üşütməz heç nə qəlbimi soyuq baxışların kimi... Hər insan anlamaz bunu, çətindi eşq, qəlizdi eşq, Nə vaxt ki, tər-təmizdi eşq, o vaxt mənə əzizdi eşq, Təsəvvür et ki, dalğalı, tufanlı bir dənizdi eşq, Bu dərdli qəlbim isə o dənizdə çırpınan gəmi... Ömür boyu kədər, qəm atəşiylə mən isinmişəm, Nə vaxt yanımda olmusan, o vaxt bir az sevinmişəm, O gün ki getmisən, gülüm, kədər, qəmə bürünmüşəm, Mənim həyat sevincimi apardı ayrılıq qəmi..”








