Kitaplar
Öne Çıkan Alıntılar
“Mənə Yüz il ömür arzulamayın Xəzan yarpağıtək qovmasın külək Gözlərim görsə də, ayağım-alim Jsalıq olanda dayansın ürək Mənə -"Yüz il yaşa" - deməsin dostlar, Yerişim, gülüşüm, səsim itməsin, Məndən cavan olan, gümrah olanlar Çiynimdə Dünyadan köçüb getməsin! Mənə Yüz il ömür arzulamayın Bu qədər yaşayan hansı çiçəkdir? Sən yaşda qalmırsa tay-tuşun, tayın, Qurdnan qiyamətə qalmaq deməkdir! Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim, Qapı-pəncərəni öz evimdəki Özüm aça bilim, bağlaya bilim. Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm, Tanrıdan bir ömür diləyin mənə; Hər vaxt sevə bilim, sevilə bilim. Taleyim sevgiylə baxsın üzümə, Görsün; yad payına şərik deyiləm? Gərək olmayanda özüm-özümə, Deməli, heç kəsə gərək deyiləm!”
“Men kecen gunlerin hansindan deyim? Kecmis_ xatireler xiyabaniymis...”
“Men kecen gunlerin hansindan deyim? Kecmis_ xatireler xiyabaniymis...”
“Men kecen gunlerin hansindan deyim? Kecmis_ xatireler xiyabaniymis...”
“Ürəyimdə bir məlhəmsiz yarasan, Durna köçü yenə keçir uzaqdan, Həsrətinə dözmək olmur, hardasan? Heç bilirsən, nələr olub o vaxtdan? Heç bilirsən kimlər çalıb qapımı, Neçə dəfə dərd qaraldıb qanımı, Suallarla bezdirdikcə Tanrımı Əllərimdən nələr alıb o vaxtdan?! Heç bilirsən, nələr çıxıb qarşıma, Baharımdan nələr qalıb qışıma, Kimlər gəlib küllər töküb başıma, Saçlarımda nələr solub o vaxtdan? Yaşamışam-sən qəlbimdə qalaraq, Məndən bəzən can əlində qalaraq, Yastığımda quruyaraq, solaraq Heç bilirsən, nələr qalıb o vaxtdan? Heç bilirsən, həsrət nədir, qəm nədir, Ümidləri puç eləyən kin nədir, Yalanımdan: "Günah yalnız məndədir" Neçə-neçə güllər solub o vaxtdan? Dustağıyam sənsiz keçən illərin, Nə biləsən nədən var ki, xəbərin? Sığalları neçə-neçə yellərin Əllərini yada salıb o vaxtdan! Nə biləsən, nələr olub o vaxtdan ?”

